Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 6-10 fevral tarixlərində 2023-cü ilin Gənclər Paytaxtı seçilən Migəçevir şəhərində ilin ilk “Gənclərin Məşğulluq Məktəbi” adlı Qış Düşərgəsi yekunlaşıb.
Düşərgə iştirakçıların Mingəçevir şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarəti ilə başlayıb və Mingəçevir şəhəri, Heydər Əliyev Mərkəzində açılış tədbiri həyata keçirilib.
Düşərgə müddəti TedX formatında görüşlər, karyera planlaması və karyera bazarının tələbləri üzrə təlimlər, əyləncəli enercayzerlər təşkil olunub.
Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunublar.
Düşərgənin məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarət olub.
Seçimlər zamanı1000-dən çox gənc müraciət edib və ictimai fəallığı ilə seçilən 120 gənc iştirak hüququ qazanıb.












