Dünən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) Protez-Ortopedik və Reabilitasiya Mərkəzində DTSERA-nın rəhbəri Anar Bayramov və Agentliyin digər rəhbər işçiləri ilə görüş olub.

QHT.az xəbər verir ki, görüşdə fiziki imkanları məhdud vətəndaşların sosial müdafiəsi, agentliyin və mərkəzin fəaliyyəti ilə bağlı geniş və məzmunlu fikir mübadiləsi aparılıb.

Görüşdən əvvəl isə protezlərlə təmin edilmiş bir qrup müharibə iştirakçıları ilə görüşərək müvafiq müzakirələr aparılıb. Nümayəndələr mərkəzdə yaradılmış şəraitlə tanıṣ olublar.

Məlumat üçün bildirək ki, tədbir çərçivəsində dövlətin əhalinin həssas təbəqələrinə qayğısının və bu istiqamətdə görülən sistemli tədbirlərin nə dərəcədə önəmli olmasının bir daha canlı şahidi olublar.

 

Pərvanə Fərhadqızı