"Milli uyğunlaşma planı" layihəsi çərçivəsində ADA Universitetinin dəstəyi ilə dövlət qulluqçuları üçün 2 günlük intensiv təlimlər təşkil edilib. Təlimlərdə 200 nəfər dövlət qulluqçusu iştirak edərək, iqlim dəyişikliyi, layihə idarəçiliyi, maliyyə və kənd təsərrüfatı sahələrində bilik və bacarıqlarını artırıblar.

QHT.az xəbər verir ki, təlimlərin əsas məqsədi dövlət qulluqçularının bu sahələrdə daha müasir yanaşmalar və texnikalar barədə məlumatlandırılmasıdır. Qeyd edək ki, təlimlərin növbəti mərhələsində texniki biliklərə malik olan dövlət qulluqçuları "Təlimçilər üçün Təlim" proqramında iştirak etmək üçün dəvət olunacaq.

Layihə Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilir və bu cür tədbirlər dövlət qulluqçularının iqlim dəyişikliyinə uyğunlaşması və onunla bağlı yeni biliklərin mənimsənilməsi istiqamətində mühüm addım hesab olunur.