Test edilən 136 içkidən 117-də (86 faiz) şəkər səviyyəsi tövsiyə olunan 100 millilitr üçün beş qramdan yuxarıdır. Yarısından çoxunda isə şəkər 100 millilitrdə səkkiz qramdır. Bu, bir stəkan limonaddakı şəkərin altı yarım kub olması deməkdir.

QHT.az xəbər verir ki, tədqiqat, uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng qablaşdırmalı içkilərdə aparılıb və bu məlumatlar siyasətçiləri şəkərlə zəngin içkilərə qarşı sərt qanunvericilik tədbirləri qəbul etməyə təşviq etmək məqsədini güdür. Şəkərli içkilərin aşırı istehlakı piylənmə, diabet və diş çürüməsi kimi sağlamlıq problemlərinə yol açır.

Ümumdünya Səhiyyə Təşkilatı da şəkərlə zəngin içkilərə qarşı mübarizəni dəstəkləyir, bəzi Avropa ölkələri artıq bu tövsiyəyə uyğun hərəkət edir.

 

Pərvanə Fərhadqızı