Bəzi qidalar iltihabı azaltmaqla və xolesterol səviyyəsini aşağı salmaqla arteriya sağlamlığını yaxşılaşdıra bilər.
QHT.az xəbər verir ki, sağlam damarların qorunması ürək-damar xəstəliklərinin qarşısını alır. Dr. Christopher Van Nguyenə görə, bəzi qidalar arteriya sağlamlığını yaxşılaşdırır:
- Günəbaxan toxumu: E vitamini ilə zəngin, antioksidant təsir göstərir.
- Qoz: Alfa-linolenik turşu (ALA) ilə xolesterolu və iltihabı azaldır.
- Sitrus meyvələri: C vitamini və flavonoidlər damar elastikliyini qoruyur.
- Yulaf ezmesi: Beta-qlükanla xolesterin səviyyəsini aşağı salır.
- Brokoli və gül kələm: Vitaminlər, minerallar və antioksidantlarla zəngindir, damar sağlamlığını dəstəkləyir.
- Qızıl balıq (somon): Omeqa-3 yağ turşuları iltihabı azaldır və qan trigliseridlərini aşağı salır.
Pərvanə Fərhadqızı










