Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Bakıda vətəndaş qəbulu keçirib.

QHT.az xəbər verir ki, qəbulda İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov da iştirak edib. Onun sözlərinə görə, əlavə araşdırma tələb edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilmişdir:

"Tədbirdə həmçinin Bakı Regional Məşğulluq Filialının rəhbəri Habil Alıyev iştirak etmişdir. Hesab edirəm ki, belə şəffaf, səmimi və konstruktiv şəraitdə keçirilən vətəndaş qəbulları insanlarla müvafiq dövlət qurumları arasında inam və etimadın daha da möhkəmləndirilməsinə xidmət edir!"