“Növbədənkənar seçki ilə bağlı proses gedir. MSK seçkilərə tam hazırdır. Bütün dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları, eyni zamanda əlaqədar qurumlar öz üzərilərinə düşən işləri yüksək səviyyədə görüblər. İndi təbliğat kompaniyası başlayıb. Biz vətəndaş, seçici, vətəndaş cəmiyyəti institutları olaraq həmişə olduğu kimi seçkilərdə bütün məsələləri diqqətdə saxlamalıyıq. İstər seçicilərin seçki siyahısında özlərini yoxlaması, seçici kimi hamının əhatə olunması, istərsə də digər məsələlər seçki gününə kimi diqqətdə olmalıdır”.

Bu fikirləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. QHT sədri seçkinin vətəndaş cəmiyyəti institutları tərəfindən yüksək səviyyədə həyata keçirilməli, monitorinq qruplarının, eyni zamanda QHT Koalisiyalarının öz yekun rəyini təqdim etməli olduğunu bildirib. Onun sözlərinə görə, şəffaflıq və ədalət yaradılmış mühitdən irəli gələrək hər zaman bizim seçkilər, elə son 20 ildə, ölkə prezidenti, müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaradılmış mühit demək olar ki, bir çox ölkələrdən daha yaxşı vəziyyətdədir: “Ədalətli, şəffaf, demokratik mühit yaradılır ki, bütün seçkilər bu prinsiplərə uyğun həyata keçirilsin. Biz müşahidə edirik, hələ ki, ədaləti, şəffaflığı pozan demokratik hər hansı fakta rast gəlməmişik. Əgər elə bir fakt olarsa biz onu aradan qaldırmağa çalışarıq. Proses normal gedir. Biz- QHT-lər, media, həmkarlar ittifaqları, yerli özünüidarəetmə orqanları və digər qurumlar bir yerdə dövlətimizin bundan sonra inkişafında, yüksəlişində maraqlıyıq. Ona görə də istər bələdiyyə, istər parlament, istərsə preziden, bütün seçkilərdə aktiv, fəal iştirak etməliyik, öz töhfələrimizi verməliyik.

 

Pərvanə Fərhadqızı