Füzuli rayonu Böyük Bəhmənli kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Qismət Vaqif oğlu Bayandurovun atasının yas mərasimində iştirak edən deputat Vüqar Bayramov, şəhidimizin ailə üzvləri ilə görüşərək baş sağlığı verib. Görüş zamanı deputat ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında şəhidlərimizin xüsusi rolunu vurğulayıb və hər bir şəhidə Allahdan rəhmət diləyib.

QHT.az xəbər verir ki, Vüqar Bayramov, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbədən danışaraq, bu qələbədə şəhidlərimizin və qazilərimizin şücaətindən geniş şəkildə bəhs edib. O, Qarabağ döyüşlərində iştirak edən qəhrəmanlarımızın Vətəni müdafiə etmək üçün göstərdikləri fədakarlığın yaddaşlardan silinməyəcəyini bildirib.

Qeyd edək ki, şəhid Qismət Bayandurov 1972-ci il 8 aprel tarixində Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. 1990-cı ildə həmin kəndin tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb və Qarabağ döyüşlərində fəal iştirak edib. 1994-cü il 10 may tarixində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət etsin.