"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbə şəhid övladları üçün Türkiyə Respublikasının Qaradəniz bölgəsində keçirilən "Əmanətə Sədaqət" yay düşərgəsi davam edir.

QHT.az xəbər verir ki, 21 tələbə şəhid övladının iştirak etdiyi düşərgənin növbəti günündə iştirakçılar Ayder Fırtına dərəsi, Zilkale, Palovit şəlaləsi və Borçka Karagöl milli parkını ziyarət ediblər.

Qeyd edək ki, düşərgə 16 avqust tarixində yekunlaşacaq.