Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri və 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizəd Ayaz Hüseynov seçki təbliğatı çərçivəsində bütün dairənin kəndlərində öz posterlərinin asıldığını bildirib.

QHT.az xəbər verir ki, Hüseynovun verdiyi məlumata görə, o, şəxsən kəndlərə gedərək, kəndlərin və kənd sakinlərinin sosial-iqtisadi vəziyyətini yerində müşahidə edib.

Ayaz Hüseynov müşahidələrinə əsasən, kəndlərdə görüləcək işlərin çox olduğunu vurğulayıb. "Kəndlərdə kütləvi görüşlərə başlayırıq. Seçicilərimizlə birbaşa əlaqə quraraq, onların problemlərini və təkliflərini dinləmək, birlikdə çıxış yolları axtarmaq niyyətindəyik," - deyə o qeyd edib.