Civil Society Alliances for Digital Empowerment layihəsi may–iyun 2026-cı illəri əhatə edən bülletenini yayımlayıb. Bülletendə vətəndaş cəmiyyəti təşkilatlarının rəqəmsal hüquqlar, süni intellekt və internet idarəçiliyi sahəsində həyata keçirdiyi son təşəbbüslər yer alıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, CADE çərçivəsində keçirilən süni intellekt üzrə təlim proqramında iştirakçılar yalnız AI idarəçiliyi ilə bağlı nəzəri biliklər əldə etməyib, həm də öz süni intellekt köməkçilərini hazırlayıblar. Hazırlanan layihələr arasında Qlobal Cənub ölkələrində AI idarəçiliyi, Afrikada rəqəmsal siyasət, əlilliyi olan şəxslərin rəqəmsal hüquqları, dezinformasiya ilə mübarizə və gənclərin siyasətə cəlb olunması kimi mövzular yer alıb. 

Bülletendə həmçinin Brüsseldə Avropa İttifaqı nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə rəqəmsal hüquqlar üzrə çoxtərəfli dialoqun keçirildiyi, Forus təşkilatının yeni "System Update" müsahibələr seriyasına başladığı və CADE tərəfdaşlarının müxtəlif regionlarda rəqəmsal savadlılıq və internet idarəçiliyi üzrə layihələri davam etdirdiyi qeyd olunub. 

Bundan əlavə, bülletendə vətəndaş cəmiyyəti təşkilatları üçün yeni resurslar, məsləhət xidməti və 2026-cı ilin ikinci yarısında keçiriləcək beynəlxalq tədbirlər barədə məlumat verilib. 

Piranə Xasiyeva