"Büdcənin təşkili mərhələsində QHT təmsilçilərinin iştirakının təmin olunsun. Bu, şəffaflığın artmasına və ölkəmizin Açıq Büdcə İndeksi üzrə reytinqinə müsbət təsir edər."

QHT.az xəbər verir ki, bu fikirləri Millət vəkili Sahıb Alıyev Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəsi zamanı bildirib.

 

"Noyabrın 10-da Milli Məclisin 5, o sıradan üzv olduğum İctimai birliklər və dini qurumlar komitəsinin birgə toplantısında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı mən də çıxış etdim. 
Qlobal dayanıqsızlıq, yüksək infilyasiyanın olduğu, özəlliklə də ərzaq mallarının xeyli bahalaşdığı, bəzi ölkələrdə isə aclıq təhlükəsinin daha da artdığı bir dönəmdə makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadi artımı təmin etmək, ən önəmli sahələrə ötən ilkindən  təqribən yarım milyard manat çox vəsaitin ayrılmasınını nəzərdə tutan bir büdcə formalaşdırmaq heç də asan məsələ deyil. Bunu vurğulamaqla yanaşı mən bir sıra təkliflərimi də səsləndirdim.
Büdəcədə yaşayış minimumu və ehtiyac meyarı arasında fərqin aradan qaldırılaraq 210 manatdan 246 manata çatdırılması əlbəttə, müsbət haldır. Amma heç kimə sirr deyil ki, gəliri az olan ailələrdə istehlak səbətinin əsas hissəsi məhz ərzaq məhsullarından təşkil olunur.  Ona görə də onların  xeyli bahalaşması fonunda bu göstəricinin daha da artrılımasını hökumətdən xahiş etdim. 
Qazilərimizin üzləşdikləri bir sıra problemlər var ki, onları plenar iclasda mütləq səsləndirəcəyəm.  Eyni zamanda həlli çox zəruri olan problemlərdən biri də fəaliyyət məhdudiyyəti uyğun gəlmədiyi üçün əlillik ala bilməyən yaralı döyüşçülərimizlə bağldır. Səhv etmirəmsə, onların sayı 8 mindən artıqdır və aldıqları 80 manat təqaüd çox vaxt heç dərmanlarına da çatmır. Bizim bu igid oğullarımızın təqaüdlərinin artırılmasına, özünəməşğlluq proqramına daha geniş şəkldə cəlb olunmalarına böyük ehtiyac olduğunu da diqqətə çatdrdım. Bir sıra başqa önəmli saydığım məsələlər də vardı ki, həmkarlarım o haqda fikir bildirdiklərindən vaxt məhdudiyyətini də nəzərə alaraq mən onlara toxunmadım.
Başqa bir təklifim isə informasiya savaşında oynadıqları rolu da  nəzərə alaraq  QHT və Ombudsman institutu üçün ayrılan vəsaitin artırılması,  büdcənin təşkili mərhələsində birincinin təmsiçilərinin iştirakının təmin olunması haqda idi ki, bu, orada da bildirdiyim kimi şəffaflığa və ölkəmizin Açıq Büdcə İndeksi üzrə reytinqinə müsbət təsir edərdi"