Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vəfadar Fəqan oğlu Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olub

QHT.az xəbər verir ki, 2019-cu ildən müddətli həqiqi hərbi xidmətdə olan Vəfadar Quluzadə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talışın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 3 oktyabr tarixində Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.

Vəfadar Quluzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!