BMT-nin miqrasiya agentliyi Çadda uşaqlar da daxil olmaqla, onlarla cəsədin tapılmasından dərin sarsıntı və kədər duyduğunu bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) bəyanatında deyilir ki, 27 miqrant təxminən 17 ay əvvəl Çadın mərkəzindəki yolların kəsişmə nöqtəsi olan Mussoro şəhərini pikapla tərk edib.
Bildirilib ki, onlar daha sonra yük maşınları ilə birlikdə dərin səhrada itiblər. Bir neçə gün içində aralarında dörd uşağın da olduğu 27 miqrant susuzluqdan ölüb.
BMT-nin Çad missiyasının rəhbəri Enn Katrin Şefer ailələrə başsağlığı verib və gələcək ölümlərin qarşısını almaq üçün daha güclü kollektiv fəaliyyətə başlayacaqlarını vəd edib.












