Pandemiyanı yavaş-yavaş arxada qoyan dünyanın ümidlə gözlədiyi xəbər ABŞ-dan gəldi. Koronavirusa (Covid-19) qarşı peyvənd istehsal edən şirkət xərçəng peyvəndi ilə bağlı şok açıqlama verib.

 

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində ortaya çıxan koronavirus qısa zamanda qlobal pandemiyaya çevrilərək 6,5 milyondan çox insanın həyatına son qoyub.

 

Dünya korona vaksinlərinin köməyi ilə pandemiyanı geridə qoymağa hazırlaşarkən ABŞ-dan sevindirici xəbər gəldi.

 

Korona peyvəndi də istehsal edən Moderna, xərçəng peyvəndi hazırlıqlarının nəticələrini dərc etdi.

 

ABŞ-da yerləşən şirkətin verdiyi açıqlama tezliklə elm aləmində bir nömrəli gündəm mövzusuna çevrildi.

 

Şirkət peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyduğunu açıqlayıb.

 

Merck tərəfindən hazırlanan "Keytruda" adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, dəri xərçəngində ölüm və ya xəstəliyin təkrarlanma riskində azalma olduğu kəşf olunub.

"Moderna" bu sahədə çalışan yeganə şirkət deyil. İstehsal etdikləri koronavirus peyvəndi ilə milyonlarla insanın həyatını xilas edən əslən türk olan həkimlər Professor Uğur Şahin və Professor Özləm Türəci də xərçəng peyvəndi üçün çox işlər görmüşdür.

 

Türkiyəli alimlər mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini bildiriblər.