Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarını Dəstəkləmə İctimai Fondu ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
QHT.az xəbər verir ki, müsabiqəyə vətəndaş cəmiyyəti institutları tərəfindən ümumilikdə 21 ərizə təqdim edilib.
Növbəti mərhələdə təqdim olunmuş ərizələr Parlament Komissiyası tərəfindən qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.






