Beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət modeli və gələcəyi inkişaf sektorunda əsas müzakirə mövzularından birinə çevrilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu məsələ "Devex Pro Week" tədbirində geniş müzakirə olunub. Ekspertlər “Beynəlxalq QHT-ni beynəlxalq edən nədir?” sualına cavab axtarıblar.

Qeyd olunub ki, son illərdə bir çox beynəlxalq QHT baş ofislərini başqa ölkələrə köçürüb, yerli rəhbərləri vəzifəyə təyin edib, idarəetmə və işə qəbul siyasətini yeniləyib.

Bəzi təşkilatlar isə qlobal şimaldakı qurumlarını bağlayaraq qlobal cənubda fəaliyyət göstərən təşkilatlarla birləşiblər. Mütəxəssislərin fikrincə, bu dəyişikliklər yerli liderlərin rolunu artırmağa və qərarların daha çox yerli səviyyədə qəbul edilməsinə xidmət edir.