Ötən il Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin müsabiqəsində qalib gələn 407 QHT-dən 65-nin veb-saytı var.

QHT.az report.az-a istinadən xəbər verir ki, bunu "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda tematik sessiyada deyib.

Onun sözlərinə görə, bu, qalib gələn QHT-lər arasında keçirilən monitorinqin nəticəsində bəlli olub:

"Bu nəticə təxminən 16 faiz deməkdir. Həmin sayı artırmaq mütləqdir. Bu məqsədlə dövlət-QHT-özəl sektor tərəfdaşlığına xüsusi önəm verilməlidir".

C.Hüseynzadə onu da qeyd edib ki, bu il təxminən 300 QHT-yə qrant ayrılıb:

"Onlar layihə müddətində 10-a yaxın məlumatı 3 saytda yayırlar, bu da təxminən 9000 xəbər edir. Son dövrlərdə QHT-lərin rəqəmsal mediada aktuallığı da xeyli artıb".