Bu gün Bakıda “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda hibrid formatlı beynəlxalq konfrans işə başlayıb.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir.

İki gün davam edəcək konfransda Tunis, Liberiya və Mavritaniyadan olan QHT rəhbərləri, iqlim və beynəlxalq münasibətlər üzrə ekspertlər iştirak edirlər.