“Reproduktiv sağlamlıq haqqında qanun"un təşviqi Azərbaycanda son onilliklər dölün cinsinin müəyyən edilməsində oğlan uşaqlarına verilən üstünlük cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.
Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyindən QHT.az –a verilən məlumata görə, BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Qızlara dəyər verək, ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradaq.
Qeyd edək ki, Reproduktiv sağlamlıq pozitiv münasibət və qane edici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Buna nail olmaq və qorumaq öz əlimizdədir. Reproduktiv sağlamlığın geniş təbliği, hüquqlarımızı bilmək və qorumaq üçün qanun lazımdır.
Pərvanə Fərhadqızı












