Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərə gedib. Ölkənin Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımdan da vacib şərtlərdəndir.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam etməkdədir: “Ölkələr arası ticarət dövriyyəsi 2022-ci ildə 771.8, 2021-ci ildə 761.3, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir”.

Ekspert qeyd edib ki, tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir: “Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunancaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac olunacaq”.

 

 

Pərvanə Fərhadqızı