Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!

QHT.az xəbər verir ki, bu gün Azərbaycan Bayrağı ordenli şəhid Rizvan Pirnəzərovun doğum günüdür. O, 1963-cü il fevralın 25-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində anadan olub. Hərbi təhsilini Donetsk Ali Hərbi Siyasi Məktəbində alıb, daha sonra Əfqanıstanda 80-dən çox döyüşdə iştirak edib. Göstərdiyi igidliyə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif edilib.

1992-ci ildə Gədəbəy və Qazax bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşub. 13 avqust 1992-ci ildə qəhrəmancasına şəhid olub. Prezident Heydər Əliyevin 1994-cü il fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhidimizin adı əbədiləşdirilib – 299 saylı orta məktəb və Şəmkirin Çənlibel kəndindəki 2 saylı məktəb onun adını daşıyır. Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub.

Ruhun şad olsun, qəhrəman!