2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü çərçivəsində “Autizimli uşaqların səsi ol!” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı “Autizmlə Mübarizə İctimai Birliyi”nin sədri Məmmədli Çiçək məlumat verib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların hüquqlarına diqqət çəkmək və cəmiyyətdə maarifləndirməni artırmaq olub. Tədbirdə autizimli uşaqların valideynləri, ictimai təşkilatların nümayəndələri, mütəxəssislər və media nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində autizm mövzusunda maarifləndirici çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb və mütəxəssislər tərəfindən autizm spektr pozuntusu ilə bağlı aktual məsələlər müzakirə olunub.

Tədbirin əsas məqsədləri:

  • Autizmlə bağlı ictimai məlumatlılığın artırılması;
  •  Autizimli uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək;
  •  Cəmiyyətin bu mövzuya daha həssas və anlayışlı yanaşmasını təmin etmək;
  •  Autizimli uşaqların və onların ailələrinin sosial inteqrasiyasına dəstək olmaq.

QHT sədri Məmmədli Çiçək bildirib ki, tədbir çərçivəsində autizimli uşaqların cəmiyyətə inteqrasiyasını təşviq edən sosial layihələr təqdim edilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb: "Bu təşəbbüs sayəsində autizimli uşaqların hüquqlarının qorunması istiqamətində yeni addımlar atılacaq".