İngiltərənin Leicester Universitetinin alimləri 12-19-cu əsrlərdə Britaniyada basdırılmış insan qalıqlarını tədqiq edərək, tütünün sümüklərə təsirini və sınıq riskinin artmasını aşkar ediblər.
QHT.az xəbər verir ki, tədqiqat tütünün skelet quruluşuna dərin təsir etdiyini və sümüklərdə 45 müxtəlif molekulyar xüsusiyyət yaratdığını göstərir. "Science Advances" jurnalında dərc olunan araşdırma tütün istifadəsi ilə bağlı sümük xəstəliklərini öyrənmək üçün arxeoloji qalıqların potensialını vurğulayır.
Pərvanə Fərhadqızı












