Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əlvan Qafar oğlu Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.

QHT.az xəbər verir ki, gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Füzuli rayonunun Zobcuq qəsəbəsində son mənzilə yola salınıb. Əlvan Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

Pərvanə Fərhadqızı