Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Səyyar Knyaz oğlu Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2014-cü ildən Azərbaycan Ordusunda xidmət edən Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Səyyar Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı