44 günlük Vətən müharibəsinin iştirakçısı olub, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan, müharibə dayandırıldıqdan sonra Qarabağda Azərbaycan-Ermənistan sərhədində xidmətini davam etdirən Orxan Cabbarov 2021-ci ilin 16 noyabr tarixində baş verən erməni təxribatı zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Hətəm oğlu Cabbarov 29 sentyabr 1994-cü ildə Quba rayonunun Davudoba kəndində anadan olub. Orxan Cabbarov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı