Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramiz Atakişiyev noyabrın 14-ü dəfn edilib.
QHT.az xəbər verir ki, 1996-ci il mart ayının 4-ü Siyəzən şəhərində anadan olub. 2014-2016-cı illərdə Naxçıvanda N saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyəti ilə məşğul olub. 2020-ci ilin oktyabrın əvvəllərində SHXÇDX-nin Siyəzən rayon bölməsi tərəfindən səfərbər edilib, Şuşaya kimi döyüş yolu keçib.
Ramiz Atakişiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












