“Bu tarixi missiyanın yaxınlaşması üçün dövlət orqanları ilə bərabər, qeyri dövlət aktorları, Vətəndaş Cəmiyyəti, media nümayəndələri, hər birimiz bir nöqtəyə vurmalıyıq”.

 

"Artıq coğrafiyada yeni geosiyasi reallıqlar var və bu reallıqlarla bütün dünya ictimaiyyəti hesablaşır. Bu reallıqlar bizim qarşımızda informasiya müharibəsində yeni və daha güclü alətləri düşünməyə vadar edir. Çünki uzun illər obyektiv və subyektiv səbəblərdən Azərbaycan öz tarixini yaratsa da, bu tarixi özü yaza bilməyib. Bilərəkdən milli və tarixi faktlar təhrif edilib.Artıq iqtisadi cəhətdən güclü Azərbaycan formalaşır .Bundan sonrakı informasiya müharibəsində də real informasiyanı ötürmək üçün bizim geniş imkanlarımız var”.

QHT.az xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbirdə bildirib.

O, qeyd edib ki, mən çox şadam ki, Agentliyin qrant müsabiqəsi çərçivəsində uğurlu layihələr ortalığa çıxıb: “Agentliyə 150-ə yaxın Qərbi Azərbaycanla bağlı layihələrlə müraciət olunmuşdu. Biz onların az bir hissəsini maliyyələşdirdik. Seçim edərkən həm müstəqil ekspertlər, həm də Müşahidə Şurası üçün çox çətin idi, çünki ən uğurlu layihələri maliyyələşdirməli idik. İndi layihələrlə bağlı yekun tədbirlərin əksəriyyəti təsadüfi deyil ki, məhz noyabr ayına, Zəfər günlərinə təsadüf olunub. Bu tarixi zərurətdir. Hələ bu mövzuda çoxlu tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac var. İstər bu layihələr çərçivəsində hazırlanan sənədli filmlər, istər kitablar, müxtəlif Avropa ölkələrində-Madriddə, Haaqada və s. keçirilən beynəlxalq konfraslar nəticəli işlərin ortaya çıxmasından xəbər verir. Agentlik bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. 2024-cü il Qrant müsabiqəsində yenə də Qərbi Azərbaycan mövzusu aktual olaraq qalır. Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı QHTlərdən milli və beynəlxalq əhəmiyyətli ideyalar olarsa, Agentlik olaraq hər zaman dəstək göstərməyə hazırıq”.

Aygün Əliyeva həmçinin əminliklə qeyd edib ki, Qarabağı görməyən, Qarabağa qayıdan uşaqlar, yeniyetmələr taleyini Qərbi Azərbaycanlılarla tez bir zamanda yaşayacaq: “Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə biz də bu tarixi missiyaya şahidlik edəcəyik. Bu tarixi missiyanın yaxınlaşması üçün dövlət orqanları ilə bərabər, qeyri dövlət aktorları, Vətəndaş Cəmiyyəti, media nümayəndələri, hər birimiz bir nöqtəyə vurmalıyıq”.