Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsində qalib gələn layihələrin idarəedilməsi qaydaları haqda canlı yayım təşkil olunacaq.

QHT.az xəbər verir ki, Canlı yayımda qeyri-hökumət təşkilatlarını maraqlandıran və Agentliyin rəsmi elektron poçtuna, “facebook” səhifəsinə, əməkdaşlara fərdi qaydada ünvanlanan suallar cavablandırılacaq.

Sualları layihələrin idarəedilməsi üzrə menecer Həsən Səmədov və mühasib Toğrul Xəlilov cavablandıracaq.