ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Xarici Xidmətin Modernləşdirilməsi Aktını təsdiqləyib. Qanun layihəsi qəbul olunarsa, ölkənin diplomatik xidmət sistemində son 40 ildən artıq müddətdə ilk genişmiqyaslı islahat həyata keçiriləcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, Nyu-Yorkdan olan respublikaçı konqresmen Mike Lawler bildirib ki, sənəd diplomatiyanın ABŞ xarici siyasətinin əsas hissəsi olduğunu vurğulayır və diplomatik qurumların milli maraqlara xidmətini gücləndirməyi hədəfləyir.
Qanun layihəsi 1980-ci ildən qüvvədə olan qaydaları yeniləyərək, 14 min nəfərlik diplomatik korpusun işə qəbulu, təlimi və karyera inkişafı ilə bağlı dəyişikliklər nəzərdə tutur. Sənədə əsasən, icma kollecləri və texniki məktəblərdən məzunların, eləcə də veteranların xarici xidmətə cəlb edilməsi üçün yeni imkanlar yaradılacaq.
Layihənin növbəti mərhələdə Konqresdə müzakirə edilərək səsverməyə çıxarılması gözlənilir.






