Xəbərlər 11.07.2025 18:44 26

Nadir İsmayılov ilə BRTK İdarə Heyəti sədri Özdemir Tokel arasında görüş keçirilib

KKTC-yə konfrans üçün gələn Azərbaycan heyətinin üzvlərindən olan jurnalist, Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyini (CASCFEN) sədri Nadir İsmayılov Bayraq Radio Televiziya Qurumunu (BRTK) ziyarət edərək İdarə Heyəti sədri Özdemir Tokel ilə görüşüb.

QHT.az BAYRAQDAR MEDİA-ya istinadən xəbər verir ki, BRTK-dən bildirilib ki, görüş zamanı, Özdemir Tokel jurnalisti KKTC-də qonaq etməkdən böyük məmnunluq hissi duyduğunu qeyd edib. O, Azərbaycan mediası ilə KKTC mediası arasındakı əlaqələrin möhkəmləndirilməsi naminə aparılan işlərin, göstərilən dəstəyin yayılan xəbərlərlə Kıbrıs türk xalqının səsinin Azərbaycanda da yayılmasına yönəlmiş addımların son dərəcə önəmli olmasından bəhs edib.

Özdemir Tikel Azərbaycan dövlətinin KKTC-yə göstərdiyi dəstəyi xatırladaraq prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildirib. KKTC-nin Azərbaycandan bir fərqi olmadığını deyən Nadir İsmayılov isə “bizim üçün KKTC demək, Azərbaycan deməkdir” deyə bildirib. O, KKTC ilə birgə əməkdaşlığın müsbət irəliləməsindən bəhs edərək, ziyarət müddətində də bu əmakdaşlığın inkişafına dair yeni çalışmaların aparıldığını qeyd edib.

Nadir İsmayılov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə KKTC-də təşkil olunan “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransı xatırladaraq bildirib ki, “Dövlət siyasətimizdə türk dünyasına özl diqqət və yanaşma var. Arzu edirəm ki, Kuzey Kıbrıs və Azərbaycanın qeyri-hökumət təşkilatları gələcəkdə bir platformada olsunlar”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı