Şəhidimiz Cavid Bayramlının doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olub.
QHT.az xəbər verir ki, ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlayıb. O, 44 günlük Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və medallarla təltif olunub. Cavid Bayramlı 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.
Ruhu şad olsun!