Xəbərlər 11.06.2025 17:57 59

Əliməmməd Nuriyev: "QHT olmaq – hüquqi qeydiyyatdan çox, ictimai məsuliyyətdir!"

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Qeyri-Hökumət Təşkilatlarının (QHT) cəmiyyətə olan rolunu və bu təşkilatların ictimai məsuliyyətini vurğulayıb.

QHT.az xəbər verir ki, o, Zəfərdən sonrakı dövrün QHT-lərin fəaliyyətində yeni bir mərhələ yaratdığını və bu dövrün QHT-ləri yalnız layihə yazan və hesabat təqdim edən qurumlardan daha irəliyə apardığını qeyd edib:

"“İctimai fayda” – hansısa tanış dairəyə deyil, daha geniş bir kəsimin rifahı naminə görülən və nəticəsi görünən fəaliyyətdir. Bu status kimsə tərəfindən verilməz – bu, cəmiyyət tərəfindən tanınar.

Əgər bir təşkilat: – tanışlıqla yox, hamı üçün açıq fayda yaradırsa;

– fərdi xeyirdən çox, ümumi rifaha yönəlirsə;

– eyni hüquqla hər kəsin faydalana biləcəyi bir platformaya çevrilirsə,

o zaman o, ictimai faydalıdır.

QHT olmaq üçün qeydiyyat kifayət deyil. Bu – ictimai məsuliyyət daşımaq, etik hesabatlılıq göstərmək və ümumi rifah üçün çalışmaq deməkdir.

“İctimai fayda” – anlayış yox, davranış formasıdır".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı