Şəhidimiz Tural Əhmədovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tural Əhmədov 2001-ci il iyunun 5-də Qusar rayonunun Mucuq kəndində anadan olub.
QHT.a zəxbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 23 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Tural Əhmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!