QHT "Qərbi Azərbaycana Qayıdış" mövzusunda icraya dəstək verir - FOTOLAR
Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən "Qərbi Azərbaycana qayıdıș" mövzusunda icra edilən layihələrlə bağlı brifinq keçirildi.
QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin (SSTAA IB) sədri İlqar Hüseynli bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “Qərbi Azərbaycana Qayıdış” mövzusunda keçirilən brifinqdə eyni zamanda keyfiyyətli icra edilən layihələrin məhsullarını əks etdirən sərgi iștirakçılara təqdim edildi:
"Rəhbərlik etdiyim Sosial Srtateji Tədqiqatlar və Analitik Arașdırmalar Ictimai Birliyinin(SSTAA IB) icra etdiyi layihə materialları sərgiyə daxil edilmișdir. Təșkilatımız əsasən Qayıdıș Konsepsiyasının beynəlxalq hüquq prinsipləri çərçivəsində təqdimatı istiqamətində çalıșır.Bu fəaliyyətə 2023-cü ildən start verilib. Hal hazırda növbəti beynəlxalq konfransımız 17 iyun 2025-ci il tarixində,Belarusun Minsk ṣəhərində davam etdiriləcək".




