Xəbərlər 11.06.2025 15:55 65

3000 illik xəzinədə kosmik metaldan hazırlanmış unikal əşyalar aşkar edilib

Xəzinələrin çoxu qızıldan hazırlanmışdı.

QHT.az xəbər verir ki, Tunc dövrünə aid Villena xəzinəsində İspaniyanın Alikante şəhərində 1963-cü ildə tapılan qızıl əşyalar arasında alimlər meteoritdən çıxarılan dəmirdən hazırlanmış iki obyekt aşkarlayıblar. Bu əşyalar, paslı bilərzik və içi boş yarımkürə kimi obyektlər idi və əvvəlcə yersiz görünürdü. Lakin ətraflı tədqiqatlar nəticəsində onların meteorit dəmirindən olduğu müəyyən edilib. Bu kəşf, Pireney yarımadasında metallurgiyanın inkişaf tarixini şübhə altına alır və qədim xalqların dəmir dövründən əvvəl qabaqcıl emalı texnologiyalarına sahib olduqlarını göstərir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı