QHT Şəki rayonu Baş Göynük kənd 2 nömrəli tam orta məktəbində layihəsini həyata keçirib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 04.06.2025 tarixində Şəki rayonu Baş Göynük kənd 2 nömrəli tam orta məktəbində "Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi həyata keçirilib.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə layihə rəhbəri, Himayə UİB-nin sədri Mətanət Umudova açaraq layihə haqqında və ekoloji tərbiyənin uşaqlar üçün vacibliyi, ətraf mühitin qorunması barədə məlumat verib. Tədbirdə məktəbin şagird və müəllim heyəti iştirak edib. Layihə təlimçisi Elçin Əlibalayev tərəfindən layihənin aktuallığı, layihənin ideyası, məktəbdə ekoloji tərbiyə işinin gücləndirilməsinin vacibliyi və şagirdlər tərəfindən ekoloji davranışların vərdiş halına salınması və digər məsələlər haqqında geniş məlumat verilib. Təlimçi tərəfindən ətraf mühitin qorunması və təbliği ilə bağlı hazırlanmış foto və video çarxlar nümayiş etdirilib.
Tədbirdə ekoloji tərbiyə mövzusunda uşaqlar tərəfindən verilən maraqlı və düşündürücü suallar iştirakçıların diqqətini cəlb edib. Bu suallar, uşaqların ekoloji mövzulara olan marağını və gələcəkdə bu sahədə daha çox məlumat əldə etmək istəklərini göstərir. Tədbir boyunca, ekoloji tərbiyə ilə bağlı müxtəlif mövzularda seminarlar, müzakirələr və interaktiv fəaliyyətlər təşkil olunub, iştirakçılar ekoloji problemlərin həlli və təbiətin qorunması mövzusunda öz fikirlərini bölüşüblər.