QHT “Mənim Hüquqlarım” adlı əyləncəli, maarifləndirici tədbir keçirib - FOTOLAR
“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyinin təşəbbüsü və bir sıra tərəfdaş qurumların dəstəyi ilə “Mənim Hüquqlarım” adlı maarifləndirici tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbir çərçivəsində müxtəlif sosial qruplardan olan uşaqların əylənməsi, maariflənməsi və tibbi dəstəklə təmin olunması məqsədi güdülmüşdür. Leyla Medical Center Pediatriya Klinikası 1 tərəfindən uşaqlar üçün maraqlı və interaktiv əyləncə proqramları təqdim olundu. Uşaqlara onların hüquqları barədə məlumat verildi, hüquqi maarifləndirmə işi həyata keçirildi.
Leyla Medical Center Pediatriya Klinikası 2 isə tədbirdə iştirak edən uşaqlar üçün tibbi müayinə və sağlamlıq yoxlamaları həyata keçirdi. Həkim-pediatrlar tərəfindən uşaqların ümumi sağlamlıq vəziyyəti dəyərləndirildi. Eyni zamanda müxtəlif sosial məsuliyyətli təşkilatların yaratdığı guşələrdə uşaqlar öz bacarıqlarını nümayiş etdirdi və maarifləndirici materiallarla tanış oldu.
Qeyd edək ki, “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi uşaqların fiziki, psixoloji və hüquqi rifahının qorunması istiqamətində bu cür təşəbbüsləri davam etdirəcək.