QHT “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” layihəsinin icrasına başlayıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, 2025-ci ilin 01 iyun ayında başlayan, 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Quba və Qəbələ rayonlarında ekoturizm potensialının inkışafı üçün yerli ailələri maarifləndirmək, onlara praktiki bacarıqlar qazandırmaq və ekoloji davamılılığın təmin edilməsi üçün təməl yaratmaqdı.
Layihə nəticəsin15 ailə hazırlanacaq. Onlar üçün xüsusi təlimlər keçiriləcək. Eyni zamanda, regionda ekoturizm infrastrukturunu inkişaf etdirmək üçün ilkin tövsiyələr və planlar təqdim olunacaq.