Xəbərlər 05.06.2025 12:41 112

Hacıqabulda uşaq əməyinin istismarı və insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib- FOTOLAR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının təşəbbüsü ilə Hacıqabul rayon Polis Şöbəsində təlim keçirilib.

QHT.az xəbər verir ki, bu barədə təlimi aparan Şirvan Regional QHT  Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev məlumat verib. Onun sözlərinə görə, təlimdə sahə müvəkkilləri, azyaşlılarla iş şöbəsinin əməkdaşları, təhqiqatçılar, əməliyyatçılar iştirak etmişlər. Təlimdə Hacıqabul rayon Polis Şöbəsinin 28 əməkdaşı iştirak etmişdir

Təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışını, onun formalarını və qarşısının alınması yollarını iştirakçılara izah etmək, habelə bu halların müəyyən olunmasında istifadə edilən əsas indikatorlarla sahə müvəkkillərini və uşaq inspektorlarını tanış etmək idi. Təlim interaktiv formatda keçiridi, iştirakçılarla müzakirələr aparıldı, real situasiya nümunələri təqdim olundu. Təlim zamanı beynəlxalq standartlara əsaslanan indikatorlar izah edildi, həmçinin mövcud yerli qanunvericilik kontekstində onların tətbiqi imkanları müzakirə edildi.

Eyni zamanda təlim iştirakçıları insan alveri anlayışının mahiyyəti, növləri, mübarizə metodları, insan alveri qurbanlarının müəyyən edilməsi, onlarla reabilitasiya tədbirlərinin həyata keçirilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi və s. məsələlər barədə ətraflı məlumat əldə etdilər. Müzakirələrdə iştirak edən polis mayoru Natiq Ağayev, polis kapitanı Cavid Məbudov və başqaları qarşılaşdıqları hadisələrlə bağlı həyata keçirdikləri tədbirlərdən danışdılar, xüsusilə suraqat analığın cələcəkdə genofondumuza edəcəyi mənfi təsirlər haqqında fikirlərini bildirdilər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı