"Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi həyata keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəki şəhər və kənd tam orta məktəblərində "Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi həyata keçirilib.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə layihə rəhbəri, Himayə UİB-nin sədri Mətanət Umudova açaraq layihə haqqında və ekoloji tərbiyənin uşaqlar üçün vacibliyi, ətraf mühitin qorunması barədə məlumat verib. Layihə çərçivəsində 10 məktəb olmaqla hər məktəbdə 25 uşaq və müəllim heyətinin iştirakı nəzərdə tutulub. Layihə təlimçisi Elçin Əlibalayev tərəfindən layihənin aktuallığı, layihənin ideyası, məktəbdə ekoloji tərbiyə işinin gücləndirilməsinin vacibliyi və şagirdlər tərəfindən ekoloji davranışların vərdiş halına salınması və digər məsələlər haqqında geniş məlumat verilib. Təlimçi tərəfindən ətraf mühitin qorunması və təbliği ilə bağlı hazırlanmış foto və video çarxlar nümayiş etdirilib.
Tədbirdə ekoloji tərbiyə ilə bağlı uşaqlar tərəfindən verilən maraqlı suallar cavablandırılıb. Tədbirin sonunda Şəki rayonu üzrə təhsil sektorunun nümayəndəsi və məktəb rəhbərliyi məhz belə layihələrin keçirilməsinin uşaqlar üçün vacibliyini qeyd edib. Təlimin sonunda layihə iştirakçıları ilə birlikdə foto şəkillər çəkilib.