Liberal İqtisadçilar Mərkəzi layihəsinin təbliğat mərhələsinə başladı
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinln Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinin növbəti mərhələsi başlanıb.
QHT.az xəbər verir ki, birlikdən verilən məlumata görə iyun ayının 1-dən etibarən layihənin ikinci - mediada təbliğat mərhələsinə start verilib. Layihənin bu mərhələsində layihə məqsədləri 16 məqalədə təbliğ ediləcək. Hər bir təbliğat məqaləsi MEDİA Agentliyinin reyesterində qeydiyyatdan keçmiş ayrı-ayrı sayıtlarda dərc ediləcək. Məqalələrdə ailə büdcəsinin qurulması üsul, növ və metodları, ağıllı alıcı olaraq satıs mərkəzlərinin marketinq manipulyasiyalarından qorunmaq qaydaları, ailə büdcəsinə qənaət etmək yolları dətalli şəkildə, elmi əsaslara və təcrübəyə istinadən izah ediləcək.
Birlik layihə çərçivəsində cəmiyyətdə ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq ideyasını təbliğ edəcək.
Birlik mütəxəssisləri hesab edir ki, bu yolla ailələrin gəlir və xərclərini elə optimallaşdırmaq olar ki, onlar borclanmasın, üstəlik, özlərinə dar gün üçün ehtiyat pul vəsaiti - "maliyyə yastığı" yarada bilsin. Əlbəttə, ehtiyat vəsaitlərindən başqa məqsədlər (ev, bağ, avtomobil almaq, kiçik biznes qurmaq və s.) üçün də istifadə etmək olar.
İyun ayınının 20-dən başlayaraq layihə çərçivəsində ailə başçılarına (maliyyə məsələlərinə baxan ailə üzvülərinə) ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq mövzusunda treninqlər keçriləcək. Treninqlərdə iştirak ödənişsizdir və iştirakçılara ailə büdcəsi qurmaq üçün təmənnasız fiziki vasitələr təqdim ediləcək. Treninqlərdə dinləyici kimi iştirak etməklə layihəmizdən yaralanmaq istəyən (Bakı və Sumqayıt şəhərində, eyni zamanda, Abşeron rayonunda yaşayan) vətəndaşlar aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər: +994558476605 - WhatsApp; +994703419301; [email protected].