Xəbərlər 30.04.2025 19:06 122

“Yaşıl könüllülər” üçün vorkşoplar keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün vorkşoplar keçirilir.

QHT.az xəbər verir ki, aprelin 21-də Şəki rayonu, Qoxmuq kənd tam orta məktəbində keçirilən ilk vorkşopda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və su ehtiyatlarına olan təsirləri barədə interaktiv sessiya keçirilib. Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova da şagirdlərlə birlikdə qrup işi formatında iqlim dəyişikliklərinin ətraf mühitə və cəmiyyətə təsiri mövzusunda praktiki tapşırıqlar həyata keçirib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli isə vorkşop iştirakçıları üçün özünü inkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumat verib.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, ekoloji məsələlərə qarşı həssas yanaşmanın formalaşdırılması, məsuliyyət hissinin gücləndirilməsi və şəxsi inkişaf bacarıqlarının dəstəklənməsidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı