Xəbərlər 01.05.2025 12:13 92

Ev mühitində loqopedik dəstək mövzusunda maarifləndirici təlim təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən faydalanan əlilliyi olan uşaqların valideynləri üçün daha bir təlim təşkil edilib. 

 

“Ev mühitində loqopedik dəstək” mövzusuna həsr olunan görüşdə valideynlərə uşaqların nitq inkişafına ev şəraitində necə dəstək ola biləcəkləri barədə məlumatlar verilib, loqopedik məşqlər və nitq stimullaşdırıcı üsullar barədə təqdimat edilib. 

 

Çıxışlarda uşaqlarda nitq inkişafı ləngiməsinə səbəb olan əsas risk faktorları, gec danışma və ya danışmama hallarında müasir reabilitasiya yanaşmaları ilə inkişaf etdirilə biləcək bacarıqlardan danışılıb. 

 

Təlim müzakirələr və sualların cavablandırılması ilə yekunlaşıb.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı