Xəbərlər 01.05.2025 14:52 129

Azərbaycanlı mediatorlar beynəlxalq vebinarda çıxış edib - FOTOLAR

30 aprel 2025-ci il tarixində Pakistanın Saroosh MAH Mərkəzinin təşkilatçılığı ilə “İnsan sərhədlərindən kənarda – Süni İntellektin mübahisələrin alternativ həllində səmərəliliyi necə dəyişir?” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi süni intellektin Alternativ Mübahisələrin Həlli (MAH) sahəsində tətbiqi, onun yaratdığı yeni imkanlar və çağırışlar barədə beynəlxalq müzakirə platforması yaratmaq olub. Vebinarda Azərbaycan, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan 40-dan çox ekspert, hüquqşünas, mediator və arbitr iştirak edərək öz təcrübələrini və yanaşmalarını bölüşüb. Vebinarda Azərbaycan Respublikası Mediasiya Şurasını Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev və mediatoru Aynur Hüseyn təmsil edib.

Panelist qismində çıxış edən mediator Aynur Hüseyn:

"Gələcəkdə süni intellektin tətbiqi daha geniş yayılacaq, lakin istənilən halda insan faktoru öz aktuallığını qoruyacaq və mübahisələrin həllində əsas rol oynamağa davam edəcəkdir. Süni intellektdən düzgün və ağıllı şəkildə istifadə etməklə biz onun üstünlüklərindən faydalana bilərik. Bu texnologiya xüsusilə işimizin inzibati hissəsinin təşkili və vaxtın idarə olunması baxımından əhəmiyyətli dəstək verə bilər. Amma qərarvermə və tərəflərarası münasibətlərin idarəsində insanın rolu əvəzolunmaz olaraq qalacaq.”

Arbitraj və mediasiya sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi tədbir interaktiv müzakirələr, sual-cavab sessiyaları ilə zəngin, peşəkar müzakirə mühiti yaratmışdır. Sonda iştirakçılar arasında əməkdaşlıq imkanları, regional təlim proqramları və növbəti tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı