Xəbərlər 02.05.2025 01:08 84

QHT tərəfindən paytaxt və regionlarda gənclərlə görüş keçirilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən paytaxt və regionlarda gənclərlə görüş keçirilib.

QHT.az xəbər verir ki, aprel ayı ərzində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə, Oğuz, Şəki, Qəbələ, Zaqatala, Ağdam, Bərdə, Sabirabad, Saatlı, Beyləqan, Şəmkir, Göyçay, Ağdaş, Mingəçevir, Şamaxı, İsmayıllı, Şabran, Qusar, Salyan, Şirvan və Neftçala rayonlarında keçirilən görüşlərdə İctimai Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və könüllülərin təşkilatın fəaliyyətindəki əhəmiyyətli rolu barədə danışılıb, təqdimatlar edilib. Tədbirin davamında İctimai Birliyə könüllü kimi qoşulmaq üçün qeydiyyatdan keçən gənclərin müsahibəsi təşkil olunub.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinin icra etdiyi könüllülük proqramı gənclər arasında könüllülük fəaliyyətini təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi va peşəkar inkişafına təkan vermək üçün icra olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı