Xəbərlər 21.04.2025 00:32 181

Dövlət-QHT əməkdaşlığının uğurlu nümunəsi...

"Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin inkişafına dövlət tərəfindən verilən önəm son illərdə yeni mərhələyə qədəm qoymuşdur. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması olmuşdur".

QHT.az xəbər verir ki, bu sözləri İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova bildirib. Onun sözlərinə görə, artıq 4 ildir ki, fəaliyyət göstərən bu Agentlik qısa müddət ərzində mühüm uğurlara imza ataraq, QHT-lərin potensialının artırılmasında, vətəndaş təşəbbüslərinin dəstəklənməsində və cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamışdır:

"Agentlik öz fəaliyyəti ilə dövlət və qeyri-hökumət sektoru arasında qarşılıqlı əməkdaşlıq üçün etibarlı bir platforma formalaşdırmışdır. Onun vasitəsilə yüzlərlə layihə maliyyələşdirilir, sosial rifahın yüksəldilməsinə, ətraf mühitin qorunmasına, gender bərabərliyinin təşviqinə, gənclərin maarifləndirilməsinə və digər sahələrdə əhəmiyyətli işlər görülmüşdür. Bu dörd il ərzində Agentlik ölkəmizin mədəni irsinin qorunması, yaradıcı sahələrin inkişafı və cəmiyyətin mədəni həyatında mühüm rol oynayan layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Qazanılan uğurlar, görülən işlər və həyata keçirilən təşəbbüslər bir daha təsdiq edir ki, Agentlik öz missiyasına sadiq qalaraq mədəniyyətimizin inkişafına töhfə verməyə davam edir".

QHT sədri bildirib ki, biz də "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi olaraq, sizinlə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edir, gələcək fəaliyyətlərinizdə yeni-yeni uğurlar, davamlı inkişaf və beynəlxalq səviyyədə tanınacaq layihələr arzulayırıq.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı