“Sakit beyin, uğurlu yol” adlı tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadənin təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun dəstəyi ilə “Sakit beyin, uğurlu yol” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə imtahan öncəsi stresin idarə edilməsi, imtahandan əvvəl diqqəti edilməli vacib məqamlar haqqında məlumat verilib. Eyni zamanda, imtahanın sadəcə bir başlanğıc olduğu, şagirdlərin həyatında bir mərhələ olduğu diqqətə çatdırılıb.