Xəbərlər 17.04.2025 09:47 86

İnstitutun ötən il keçirdiyi tədbir və təlimlərdən 1702 nəfər faydalanıb

Hüquq və İnsan Haqları İnstitutu 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə tədbirlər və təlimlər həyata keçirərək ümumilikdə 1702 ölkə vətəndaşını əhatə edib.

QHHT.az xəbər verir ki, qurumun paylaşdığı infografik məlumatda göstərilir ki, keçirilmiş tədbir və təlimlər aşağıdakı qrupları əhatə edib:

  • Geniş əhali qrupu üçün müxtəlif mövzularda keçirilmiş 45 tədbir, təqdimat və təlim – 1307 iştirakçı;

  • İcra hakimiyyəti əməkdaşları üçün 4 təlim – 107 iştirakçı;

  • Polis əməkdaşları üçün 5 təlim – 106 iştirakçı;

  • Penitensiar xidmət əməkdaşları üçün 7 təlim – 141 iştirakçı;

  • Media nümayəndələri üçün 2 təlim – 41 iştirakçı.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu hüquqi maarifləndirmə, insan hüquqlarının müdafiəsi və cəmiyyətin müxtəlif təbəqələrinin hüquqi biliklərinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı